کد خبر:1118
پ

Səfəvilər zamınında İranın tarixi məkanları 2

Təbriz şəhərinin tarixi abidələri Xacə Əli Siyahpuş məqbərəsi Səfəvilər və Qacar zamanına aid olunur. Təbrizin Münəccim xiyabanının, Əli Siyahpuş küçəsində yerləşir. Bu tarixi abidə Şəmsi tarixi ilə 1377-ci ilin, Tir ayının 29-u, 2054 nömrəli sənədlə İranın milli tarixi abidəsi kimi qeydə alınmışdır. Şah Hüseyn Vəli məqbərəsi Səfəvilər zamanına aiddir və Təbrizin Çaykənar xiyabanında olan Daşlı […]

Təbriz şəhərinin tarixi abidələri

  • Xacə Əli Siyahpuş məqbərəsi Səfəvilər və Qacar zamanına aid olunur. Təbrizin Münəccim xiyabanının, Əli Siyahpuş küçəsində yerləşir. Bu tarixi abidə Şəmsi tarixi ilə 1377-ci ilin, Tir ayının 29-u, 2054 nömrəli sənədlə İranın milli tarixi abidəsi kimi qeydə alınmışdır.

  • Şah Hüseyn Vəli məqbərəsi Səfəvilər zamanına aiddir və Təbrizin Çaykənar xiyabanında olan Daşlı körpüdən sonrakı mədrəsədə yerləşir. Şah Hüseyn Vəli məqbərəsi Şəmsi tarixi ilə 1385-ci ilin, Bəhmən ayının 23-ü, 17337 nömrəli sənədlə İranın milli tarixi abidəsi kimi qeydə alınmışdır.

  • Seyyid Həmzənin məscidi və qəbri, həmçinin Şüəra məqbərəsi Səfəvilər və Qacar zamanına aiddir və Təbrizin Siqətul-İslam prospekti, Şüəra məqbərəsinin kənarında yerləşir. Bu tarixi abidə Şəmsi tarixi ilə 1348-ci ilin, Mordad ayının 28-i, 881 nömrəli sənədlə İranın milli tarixi abidəsi kimi qeydə alınmışdır.

  • Qaraməlik məscidi Səfəvilər zamanına aiddir və Qacar zamanında təmir olunmuş və genişləndirilmişdir. Sözü gedən məscid Təbriz şəhəri, Qaraməlik məntəqəsi, Vəhdət və Nehzət prospektlərinin Hüseyniyyə meydanında yerləşir. Bu tarixi abidə Şəmsi tarixi ilə 1386-ci ilin, Xordad ayının 3-ü, 19187 nömrəli sənədlə İranın milli tarixi abidəsi kimi qeydə alınmışdır.

کلیدواژه : AzərbaycanİranTarix