93ddd9153d-5b27dfcec2fbb8af008b7833

VƏHHABİYYƏT FİRQƏSİNİN RƏİSİ

VƏHHABİLƏRİ BELƏ GÖRDÜM MÜƏLLİF: ƏBDÜLLAH MƏHƏMMƏD VƏHHABİYYƏT FİRQƏSİNİN RƏİSİ Məhəmməd ibni Əbdül Vəhhab Təmimi bu firqənin başçısıdır. O, 1111 ci hicri qəməri ilində dünyaya gəlib. Cavanlıq dövründən dinə yabançı olan əqidəyə malik olub. O, elm öyrənmək üçün Məkkə və Mədinə alimlərinin yanına gedib-gəlirdi. Müəllimləri onun sözlərini, əməllərini, əqidə və meyllərini gördükdə, azğınlığa və inhirafa düşdüyünü dərk etmiş və onu bu işdən çəkindirmişlər. Hənbəli alimlərindən biri olan atası Əbdül Vəhhab, oğlunun dindən çıxmasını, öz məzhəbini buraxıb həddi aşmasını gördükdə ona nəsihət edib, yol göstərməyə başladı. Amma bu nəsihət onda heç bir təsir qoymadı, əksinə, o daha çox inadkar olub azğınlaşdı. Atası oğlunun hidayət və tövbə əhli olmadığını gördükdə öz yanından qovdu. Həmişə onu danlayıb camaatı ondan uzaqlaşdırardı. Nəhayət o, camaatın gözündən elə düşdü ki, hətta onu görənlər ondan tez uzaqlaşardı. Hənbəli alimləri onun əleyhinə qalxıb onu öz məclislərindən qovdular. Hətta qardaşı Şeyx Süleyman onun batil əqidə və bidətlərini rədd etmək üçün bir kitab yazdı. Məhəməd ibni Əbdül Vəhhab elə cavanlıq dövrüdən Səccah, Müsəyləmeyi-kəzzab və s. ...
bc22ca32a2-5b27dfcfc2fbb87e018b77d8

VƏHHABİLƏRİ BELƏ GÖRDÜM

MÜƏLLİF: ƏBDÜLLAH MƏHƏMMƏD VƏHHABİYYƏTİN TARİXÇƏSİ Vəhhabiyyət firqəsi 1143-cü hicri ilində (1723) Ərəbistan yarımadasında meydana gəlmişdir. Etiqadiyyat prinsiplərində və şəriət hökmlərində başqa məzhəblərlə fərqlənir. Bu firqənin ardıcıllarına “vəhhabi” deyirlər. Onlar özlərini ...
bc22ca32a2-5b27dfcfc2fbb87e018b77d8

İKİNCİ CİNAYƏT

VƏHHABİLƏRİ BELƏ GÖRDÜM MÜƏLLİF:    ƏBDÜLLAH MƏHƏMMƏD İKİNCİ CİNAYƏT 1217-ci qəməri (1796-cı miladi) ilində vəhhabilərin qarətçi qoşunu Taif şəhərinə hücum etdi. Şəhərə daxil olandan sonra kütləvi qırğına başladılar; hətta ana qucağında olan südəmər uşağa belə rəhm etməyib oradaca qətlə yetirirdilər. Həmçinin məscidlərə hücum edib camaatı rüku və səcdə halında olarkən qılıncdan keçirtdilər; bir Quran öyrənmə sinfinə daxil olub oradakı şagirdlərin hamısını qətlə yetirdilər. Bu arada əhalidən bir qrupu, xüsusilə qadınlar şəhərin böyük şəxsiyyətlərindən birinin evinə pənah apardılar və qapını bağlayıb içəridə oturdular. Vəhhabilər üç gün səy etsələr də evə daxil ola bilmədilər. Buna görə hiyləyə əl atıb sülh və barışıq elan etdilər. İçəridə olanlar bu sülhə aldanıb qapını açdılar. Hiylələri baş tutan vəhhabilər evə daxil olub əvvəlcə onları tərk-silah etdilər, sonra da hamısını qırdılar. Bundan sonra şəhər əhalisindən bir qrupunu “Vəcc” adlı səhraya aparıb hamısının paltarlarını soyundurdular. Arvad-kişini çılpaq halda bir-birinə qatıb qarda və soyuqda səhraya buraxdılar. Vəhhabilər növbəti cinayətlərdə camaatın var-yoxunu qarət etməklə bərabər, Quran və sair kitabları parça-parça edib yollara tökdülər, ayaqlar altına salıb tapdaladılar. Camaatın evlərini dağıdıb torpaq komasına çevirdilər. Özlərindən sonra yüzlərlə insan cəsədi və parçalanmış Quran qoyub Taif şəhərini tərk etdilər. (Əlavə məlumat almaq üçün Cəmil Sidqi Əz-Zəhavinin “Əl-fəcrüs-sadiqü-fir-rəddi əla münkərit-təvəssüli vəl-kəraməti vəl-xəvariq” kitabına (İstambul çapı) müraciət edə bilərsiniz.) Allah-Taala buyurur: “...Və əgər müşriklərdən biri sənə pənah gətirsə, ...
93ddd9153d-5b27dfcec2fbb8af008b7833

İLK CİNAYƏT

VƏHHABİLƏRİ BELƏ GÖRDÜM MÜƏLLİF:    ƏBDÜLLAH MƏHƏMMƏD     İLK CİNAYƏT 1217-ci hicri (1795-ci miladi) ilində vəhhabilər İraqa tərəf qoşun yeritdilər. Yolları üstündə çatdıqları bütün şəhər və kəndləri viran edib günahsız insan cəsədlərindən təpə düzəldir və qanı su yerinə axıdırdılar. Qədir-xum bayramı günündə, (zilhiccənin 17-i) Kərbəla şəhərinin yaxınlıqlarına çatdılar. Əhalinin çoxu Həzrət Əli (əleyhissalam)-ın qəbrini ziyarət etmək üçün Nəcəfə səfər etmişdilər. Şəhərdə qalan əhali təcavüzkar vəhhabi qoşununun yaxınlaşmasından xəbər tutan kimi hücumun qabağını almaq üçün şəhərin qapılarını bağladılar. Amma 1000 nəfər yaraqlı vəhhabi qapılardan birini sındırıb şəhərə yürüş etdilər. Sürətlə İmam Hüseyn (əleyhissalam)-ın qəbrinə tərəf cumub hədiyyə (nəzir) olunmuş qızıl-gümüşü, nəfis xalçaları və zinətli qapıları qarət etməyə başladılar. Sonra hərəmin zinətlərini və güzgülərini sındırıb məhv etdilər. Bununla da kifayətlənməyib həyasızcasına müqəddəs zərihi yandırdılar və bir-birlərinin sağlığına qəhvə içdilər. Qiymətli əşyaları, cəvahiratı qarət edəndən sonra hərəmin ziyarətçilərinə hücum edib zərihin yanında olan 50 nəfəri rəhmsizcəsinə qətlə yetirdilər, sonra həyətə gəlib oradakı ziyarətçiləri qırmağa başladılar. Orada öldürülənlərin sayı 500 nəfərdən artıq idi. Hərəmdəki ziyarətçiləri qırandan sonra şəhərə daxil olaraq gördükləri hər şeyi viran edir, qarşılaşdıqları hər kəsi öldürürdülər. Böyük-kiçiyə, qoca-cavana, ...
93ddd9153d-5b27dfcec2fbb8af008b7833

VƏHHABİLƏRİN CİNAYƏTLƏRİNDƏN NÜMUNƏLƏR

VƏHHABİLƏRİ BELƏ GÖRDÜM MÜƏLLİF: ƏBDÜLLAH MƏHƏMMƏD   VƏHHABİLƏRİN CİNAYƏTLƏRİNDƏN NÜMUNƏLƏR Vəhhabilər İslam və müsəlmanlara qarşı çoxlu cinayət, müsibət və faciələr törətmişlər. Tarix onları rüsvay etmiş, azad qələm sahibləri o müsibətlərdən bəzi nümunələri gələcək nəsillər üçün yazıb saxlamışlar. Vəhhabilərin hökuməti möhkəmdiriləndən sonra,İslam ölkələrinə hücum edib təzə “dini” qəbul etdirmək üçün güclü bir qoşun yaratmağa başladılar. Bu hücumlarda onların iş və rəftarları hikmət və məntiq əsasında deyildi; monqol-tatarlar kimi vəhşiliklərə, qətl və qarətə əl ataraq şəhərlərə yürüş edir, qabaqlarına çıxan hər kəsi öldürür, böyük-kiçiyə rəhm etmirdilər. Biz burada yüzlərlə cinayətdən təkcə iki nümunə gətirməklə kifayətlənirik.   🔗 İLK CİNAYƏT 🔗 İKİNCİ CİNAYƏT