_

Novruz bayramınız mübarək!

Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da Novruz bayramı qeyd edilir. Novruz yazın gəlişinin rəmzi olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.   2020-ci ildə Yaz fəsli Azərbaycana 20 mart saat 07:49:36-da daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək […]

Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da Novruz bayramı qeyd edilir.

Novruz yazın gəlişinin rəmzi olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.

 

2020-ci ildə Yaz fəsli Azərbaycana 20 mart saat 07:49:36-da daxil olacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində Yaz fəsli başlayacaq.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Ölkədə martın 20-dən 29-dək iş günü deyil. Bu il koronovirusun yayılmasının qarşısını almaq məqsədi ilə bütün bayram şənlikləri ləğv edilib.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siydahısına axil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

 

Əziz oxucularımız!

Elyurd kollektivi siz əzizləri Novruz bayramı münasibəti ilə təbrik edir. Sizə və yaxınlarınıza xoşbəxtlik, səadət, əmin-amanlıq, iman, Allah sevgisi və Allaha aparan yolda sabit qədəmlər diləyirik! Ömrünüz bahar kimi təravətli olsun! Bayramınız mübarək!Ömrünüz bahar kimi təravətli olsun! Bayramınız mübarək!

ارسال دیدگاه

Your email address will not be published.

qabaqdaki açarı aktiv eleyin