کد خبر:1552
پ

MÜSABİQƏ MEYDANI

[cycloneslider id=”fitr”] Fitr bayramı günü özü Allahın diqqət mərkəzindədir, ilahi məğfirət və rəhmətin nazil olduğu gündür. Bu günün də mübarək ramazan ayının digər günləri kimi qədrini bilmək lazımdır. Bir rəvayətə görə İmam Həsən (ə) Fitr bayramı günü bir yoldan keçirdi. Gördü ki, camaat yığılışıb, bu günün önəminə diqqət vermədən başları öz qafilliklərinə qarışıb. Camaatın yanında […]

[cycloneslider id=”fitr”]

Fitr bayramı günü özü Allahın diqqət mərkəzindədir, ilahi məğfirət və rəhmətin nazil olduğu gündür. Bu günün də mübarək ramazan ayının digər günləri kimi qədrini bilmək lazımdır. Bir rəvayətə görə İmam Həsən (ə) Fitr bayramı günü bir yoldan keçirdi. Gördü ki, camaat yığılışıb, bu günün önəminə diqqət vermədən başları öz qafilliklərinə qarışıb. Camaatın yanında dayanıb buyurdu: “Allah-Taala ramazan ayını bəndələri üçün müsabiqə meydanı etmişdir. Bu müsabiqə meydanında Ona itaətlə onun razılığını əldə etmək üçün bir-birinizlə yarışın. Keçən ramazan ayı bəziləri yarışdı, önə keçdilər və qalib oldular.

Amma digərləri isə həmin ayda səhlənkarlıq etdilər. (Özlərini ilahi rəhmətə çatdıra bilmədilər) və məyus oldular. Laqeydcəsinə gülən, oyunla məşğul olanlar təəccüb doğururlar. Yaxşı əməl sahibləri savab xırmanlarını yığıb aparırlar, məhrumlar ziyanı təhvil alırlar”. Onların ziyanı öz yaxalarından tutur. Böyük bir gündür. Qiyamət kimi bir gündür. Bu gündə ramazan ayında Allah rizasına nail olanlar Ondan öz mükafatlarını alacaqlar. Bu gün insanın qəflətlə keçirə biləcəyi bir gün deyil. Sonra İmam (ə) sözünü davam etdirərək buyurdu:

“Əgər (maddi) pərdələr götürülsəydi, görərdin ki, yaxşı əməl sahibləri mükafat toplamaqla məşğuldurlar. Pis əməl sahiblərinin başı isə pis əməllərinin nəticəsinə qarışmışdır.

Fitr namazının qunutunun duasında oxuyuruq: “Müsəlmanlar üçün bayram etdiyin bu günün xətrinə səndən istəyirik”.Allah-Taala bu günü bayram etmişdir. Yəni müsəlmanlar üçün həmişə xatirəli gündür. Camaatın bir yerə toplanması, günü, dövranı, yaşam tərzini yeniləmək, insanların bir-biri ilə tanışlığı. Bu cümlənin ardınca oxuyuruq: “Məhəmməd (s) üçün tədarük, şərafət, kəramət və artımdır”.Peyğəmbərin (s) mənəvi irsinin artması, genişlənməsidir. Biz İslam ümməti bu günü nə zaman özümüz üçün həqiqi mənada bayram edə bilərik? Peyğəmbərimiz (s) üçün şərafət və baş ucalığına səbəb olacaq vəziyyətə gətirib çıxara bilərik? Bu, o zaman olacaq ki, Peyğəmbərin əlinin hərəkətinə, işarəsinə baxaq, diqqət edək və ona uyğun hərəkət edək.

ارسال دیدگاه

Your email address will not be published.

کلید مقابل را فعال کنید