_

Bu gün imam Zeynulabidinin (ə) mövludunun ildönümüdür

Bu gecə (bu il aprelin 10) müsəlmanların 4-cü imamı, İmam Əlinin (ə) nəvəsi, İmam Hüseynin (ə) oğlu imam Zeynulabidinin (ə) mövludunun ildönümüdür.     Adı Əli osa da o, tarixdə daha çox Zeynulabidin (ibadət edənlərin nuru), ya da Səccad (çox səcdədə olduğu üçün) adı ilə iz buraxıb. Elyurd-ın məlumatına görə, İmam Zeynulabidin (ə) hicrətin 38-ci […]

Bu gecə (bu il aprelin 10) müsəlmanların 4-cü imamı, İmam Əlinin (ə) nəvəsi, İmam Hüseynin (ə) oğlu imam Zeynulabidinin (ə) mövludunun ildönümüdür.

 

 

Adı Əli osa da o, tarixdə daha çox Zeynulabidin (ibadət edənlərin nuru), ya da Səccad (çox səcdədə olduğu üçün) adı ilə iz buraxıb.

Elyurd-ın məlumatına görə, İmam Zeynulabidin (ə) hicrətin 38-ci ilində, Şaban ayının 5-də dünyaya göz açıb. Hicri 95-ci ildə isə Hişam ibni Әbdülməlikin əmri ilə zəhərlənərək şəhid edilib.

Dördüncü imamın həyatı da Əhli-Beytin (ə) digər üzvləri kimi keşməkeşli, sınaqlarla zəngin olub. Yenə də Əhli-Beytin (ə) digər üzvləri kimi, imam bu sınaqlardan layiqincə, Allaha sadiqlik nümunəsi olaraq çıxıb. Lakin imamdan söz açarkən mütləq Kərbəla faciəsi xatırlanır, Hüseyn (ə) övladının çiyinlərinə düşən yükün ağırlığı və bu ağırlıq müqabilində əyilməyən qamət, vüqar insan övladını heyran edir.

Kərbəla hadisələri zamanı İslamın müdafiəsinə qalxmış 72 nəfər şəhid edildi. Onların yaxınları isə əsir götürüldü. Qadınlar və imam Zeynulabidin (ə). Bunun 23 yaşlı gənc üçün nə demək olduğunu təsəvvür etmək çətin deyil. Bu istənilən ər üçün böyük istirab, imtahandı. Xüsusən də Əhli-beytin (ə) üzvü üçün. Sözsüs ki, hicrətin 61-ci ili Məhərrəm ayının 10-da Hüseyn (ə) övladı xəstələnməsəydi, o da atasının, əmisinin, qardaşlarının və digər yaxınlarının aqibətini yaşayacaqdı. Çünki müsəlman qeyrəti onu da əlinə qılınc alaraq düşmənlər qarşısına çıxmağa vadar edəcəkdi. Amma Əhli-beyt (ə) zənciri qırıla bilməzdi. Nəzərə alsaq ki, bu dünyada bir yarpaq belə Allahın izni olmadan yerə düşmür, o zaman bu xəstəliyin də İslam ümməti üçün bir şəfa olduğunu anlayarıq. İmam Zeynulabidin (ə) şəhadətə yetişdi. Amma bu zaman 5-ci imam, imam Baqir (ə) imamlıq estafetini qəbul etməyə artıq hazır idi. Bu gün imam Zeynulabidinin (ə) yüksək əxlaqı və Allaha bağılığını əks etdirən “Səhifeyi Səccadiyyə” dualar toplusu bir çox müsəlmanların hər gün müraciət etdikləri bir kitabdır.

İmam Zeynulabidinin (ə) təvəllüdü münasibəti ilə Elyurd kollektivi bütün müsəlmanları təbrik edir!