کد خبر:1996
پ

İmam Hüseyn(ə)in ziyarəti

1-İmam Sadiq (ə)-dan  belə rəvayət olub ki, Həzrət buyurub: “Hər kəs qiyamət günü nurdan olan süfrəyə oturmaq istəyirsə Hüseyn ibni Əli(ə)in zəvvarlarından olsun. 2-İmam Sadiq (ə) buyurub: “Əgər Allah hər kəsə xeyir əta etmək istəsə onun qəlbində İmam Hüseyn (ə) məhəbbətini və o Həzrətin ziyarətinin məhəbbətini qərar verər ve hər kəs ki, Allah onun üçün […]

1-İmam Sadiq (ə)-dan  belə rəvayət olub ki, Həzrət buyurub: “Hər kəs qiyamət günü nurdan olan süfrəyə oturmaq istəyirsə Hüseyn ibni Əli(ə)in zəvvarlarından olsun.

2-İmam Sadiq (ə) buyurub: “Əgər Allah hər kəsə xeyir əta etmək istəsə onun qəlbində İmam Hüseyn (ə) məhəbbətini və o Həzrətin ziyarətinin məhəbbətini qərar verər ve hər kəs ki, Allah onun üçün şər və pislik istəsə, onun qəlbində İmam Hüseyn(ə)ə və onun ziyarətinə qarşı nifrət yerləşdirər.

3- Əbdullah Təhhan deyir: “İmam Sadiq(ə)dən dəfələrlə eşitmişəm ki buyurardı: “Qiyamət günü heç kəs tapılmaz ki, İmam Hüseyn (ə)-ın zəvvarlarından olmaq arzusu etməsin və bu Allahın İmam Hüseyn(ə)in zəvvarları ilə kəramətli davrandığını gördüklərinə xatirdir”

4-İmam Sadiq(ə) öz dostlarından biri olan Əban ibni Təğləb ilə görüşündə ondan soruşur: “Ey Əban, nə vaxt İmam Hüseyn(ə)ın ziyarətinə getmisən? Əban: “Uzun müdətdir ki, İmam(ə)ın ziyarətinə getməmişəm. İmam (ə) buyurdu: “Sən şiənin böyüklərindənsən lakin İmam Hüseyn (ə)ı tərk emisən və ziyarətinə getmirsən?!

5-İmam Sadiq(ə) buyurub: “Hər kəs özünü bizim şiələrdən hesab etdiyi halda İmam Hüseyn(ə)ın ziyarətinə getməmiş ölsə o, hec vaxt bizim şiələrdən deyil və əgər behiştlik olsa belə, behişt əhlinin qonağı olar.”

6-İmam Sadiq(ə) başqa bir yerdə buyurub: “Hər kəs qudrəti olduğu halda İmam Hüseyn(ə)i ziyarət etməyə, islam peyğəmbərinə və onun əhli beytinə qarşı ağ olmuşdur.”

7-“Hər kəs ölüm vaxtına kimi İmam Hüseyn(ə)ın ziyarətinə getməsə, onun dinində və imanında nöqsan vardır.”

8-İmam Baqir (ə) buyurub: “Əgər insanlar bilsəydilər ki, İmam Hüseyn(ə)in məzarının ziyarətinin hansi savabları var, ziyarət eşqindən ölərdilər.”

9-İmam Rza (ə) buyurub: “Hər kəs İmam Hüseyn(ə)i furat çayının kənarında ziyarət etsə, Allah Təalanı ərşi ə`lada ziyarət etmiş şəxs kimidir.”

10-İmam Baqir(ə) buyurub: “Bizim şiələrimizi İmam Hüseyn(ə)ın ziyarətinə əmr edin ona görə ki, onun ziyarəti ruzini çoxaldır və ömrü uzadır və bəlalardan və pisliklərdən uzaq tutur. Hər bir mömin şəxs ki, İmam Hüseyn (ə)ın imamətinin Allah tərəfindən olduğunu etiraf edərsə, İmam Hüseyn (ə)in ziyarəti ona vacibdir.

11-İmam Musa ibni Cəfər (ə) buyurub: “Əba Əbdillah(ə)ın İmam (ə) haqqını və vilayətini tanıyan zəvvarına verilən ən az savab budur ki, əməl dəftərinə yazılan günahları və sonrakı günahları(keçmiş və gələcək günahları) bağışlanar.

12-Mənsur ibni Hazim nəql edir ki, İmam Sadiq(ə)dən eşitdim ki, buyurdu: “Allah təala ömründən bir il keçən və İmam Hüseyn (ə)ın ziyarətinə getməyən şəxsin ömründən bir il azaldar və əgər desəm ki, sizlər öz əcəlinizdən otuz il qabaq öləcəcsiniz düz demişəm çünki, İmam Hüseyn(ə)ın ziyarətini tərk etmisiniz. Elə isə o Həzrəti ziyarət etməyi unutmayın ki, Allah təala sizin ömrünüzü uzatsın və ruzinizidə çoxaltsın.”

ارسال دیدگاه

Your email address will not be published.

کلید مقابل را فعال کنید