_

Bu gün imam Həsən Əskərinin (ə) şəhadətinin ildönümüdür

  Bu gün, hicri qəməri tarixi ilə rəbiyül-əvvəl ayının 8-də, müsəlmanların 11-ci imamı Həzrət Həsən Əskərinin (ə) şəhadət günüdür. Elyurd xəbər verir ki, İmam Həsən Əskəri (ə) hicri qəməri tarixi ilə 232-ci il rəbiyüs-sani ayının 8-də Mədinədə dünyaya göz açıb.   İmam Həsən Əskərinin (ə) atası, İmam Əliyyən Nəqi (ə) şəhadətə yetişəndən sonra, hicrətin 254-cü […]

 

Bu gün, hicri qəməri tarixi ilə rəbiyül-əvvəl ayının 8-də, müsəlmanların 11-ci imamı Həzrət Həsən Əskərinin (ə) şəhadət günüdür.

Elyurd xəbər verir ki, İmam Həsən Əskəri (ə) hicri qəməri tarixi ilə 232-ci il rəbiyüs-sani ayının 8-də Mədinədə dünyaya göz açıb.

 

İmam Həsən Əskərinin (ə) atası, İmam Əliyyən Nəqi (ə) şəhadətə yetişəndən sonra, hicrətin 254-cü ilindən etibarən onun imamlıq dövrü başlayıb və 6 il davam edib.

 

O Həzrət (ə) hicrətin 260-cı ili 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəməd tərəfindən şəhid edilib.

İmamın mübarək məzarı İraqın Samirra şəhərindədir.