_

Namaz, yoxsa futbol?!

Barselona və Real Madrid komandaları arasında oyunun qızğın yeri idi. Alt yazıda yazılmışdı: Tehran üfüqü ilə məğrib namazı.
Özlüyümdə təəccübləndim ki, iki xarici komandanın oyununa görə bu kanal azan səsləndirməyəcəkmi?
Doğrusu, görəsən dünyada neçə nəfər müsəlman namazı futboldan üstün tutur?
Aşura günü zöhr vaxtı imam Hüseyn (ə) Əmr ibn Abdullaha baxıb buyurdu:
“Namazı xatırlatdın. Allah səni namaz qılanlardan və Allahı yad edənlərdən qərar versin.”