_

AŞURA İBRƏTLƏRİ (8)

İslam cəmiyyətinin sığortalanma şərti Xüsusi insanlar qrupuna gəldikdə isə, baxmalıyıq ki, görək haqq tərəfdarı olan xüsusi insanlar qrupundanıq, yoxsa batil tərəfdarı olan xüsusi insanlar qrupundan. Burada məsələ bizə aydındır. Bizim cəmiyyətimizin xüsusi insanları haqq tərəfdarı olan xüsusi insanlardır. Buna şübhə yoxdur. Çünki Qurana, sünnəyə, itrətə, Allah yoluna və İslam dəyərlərinə dəvət edirlər. Bu gün İslam […]

İslam cəmiyyətinin sığortalanma şərti

Xüsusi insanlar qrupuna gəldikdə isə, baxmalıyıq ki, görək haqq tərəfdarı olan xüsusi insanlar qrupundanıq, yoxsa batil tərəfdarı olan xüsusi insanlar qrupundan. Burada məsələ bizə aydındır. Bizim cəmiyyətimizin xüsusi insanları haqq tərəfdarı olan xüsusi insanlardır. Buna şübhə yoxdur. Çünki Qurana, sünnəyə, itrətə, Allah yoluna və İslam dəyərlərinə dəvət edirlər. Bu gün İslam Respublikası haqq tərəfdarı olan xüsusi insanlara malikdir. Deməli, batil tərəfdarı olan xüsusi insanlar qrupunun məsələsi ayrıdır və hələlik onlarla işimiz yoxdur. Biz haqq tərəfdarı olan xüsusi insanlar barəsində danışırıq.

Məsələnin əsas çətinliyi bundan sonra başlayır. Mənim əzizlərim, haqq tərəfdarı olan xüsusi insanlar qrupu iki yerə bölünür: Bir növü dünya, həyat, məqam, ehtiras, pul, ləzzət, rahatlıq və ad-san və bütün bu kimi faydalar qarşısında olan şəxslərdirlər. Bu saydıqlarımızın hamısı yaxşı bəhrələrdir, hamısı həyatın gözəlliklərindəndir: ”Dünya həyatının bəhrəsi”. Bunlar dünyəvi həyatın bəhrələridir. Quranda “dünya həyatının bəhrəsi“ ifadəsinin mənası bu deyil ki, həmin bəhrələr pisdir. Xeyr, bunlar həyatın bəhrələridir və Allah sizin üçün yaratmışdır. Lakin əgər həyatın bu bəhrələrinə və faydalarına, Allah eləməmiş, son dərəcə məftun olsanız, çətin vəzifə qarşıya çıxdıqda, əl çəkə bilməsəniz, bu fəlakətdir. Əgər dünya bəhrələrindən istifadə edərkən çətin imtahan qarşıya çıxdıqda, o bəhrələrdən asanlıqla əl çəkə bilsəniz, bu başqa bir şeydir.

Görürsünüz ki, hətta haqq tərəfdarı olan xüsusi insanlar qrupu da iki qismə bölünür. Bu məsələlərə diqqət və mütaliə lazımdır. Təsadüfi şəkildə cəmiyyəti, quruluşu və inqilabı sığortalamaq olmaz. Mütaliə ilə, diqqətlə və düşüncə ilə araşdırmaq lazımdır. Əgər bir cəmiyyətdə haqq tərəfdarı olan xüsusi insanların yaxşı növü, yəni lazım olduqda dünya ləzzətlərindən əl çəkə bilənlər əksəriyyət təşkil etsə, İslam cəmiyyəti heç zaman İmam Hüseyn (ə) dövründəki cəmiyyətin aqibətinə düçar olmayacaq və əmin olun ki, əbədi olaraq sığortalanacaq. Amma əgər məsələ əksinə olsa və haqq tərəfdarı olan xüsusi insanların digər növü – yəni dünya ləzzətlərinə uyanlar, haqqı tanıyan, lakin dünya ləzzətləri qarşısında ayaqları titrəyənlər əksəriyyətdə olsalar, böyük müsibət olacaq.

ارسال دیدگاه

Your email address will not be published.

qabaqdaki açarı aktiv eleyin