کد خبر:1942
پ

AŞURA İBRƏTLƏRİ (7)

Tarixdə şəxslərin rolu Mən söhbət edərkən özünüz təyin edin, görün haradasınız. Mətləb beyinə ipucu verməlidir, yəni tarixi nağılla səhv salmayaq. Tarix, yəni bizim bioqrafiyamız. Tarix, yəni mən və siz; yəni bu gün burada olanlar. Deməli, biz tarixi izah ediriksə, hər birimiz baxıb görməliyik ki, əhvalatın hansı hissəsində yerləşmişik. Sonra görək bizim kimi bu hissədə yerləşmiş […]

Tarixdə şəxslərin rolu

Mən söhbət edərkən özünüz təyin edin, görün haradasınız. Mətləb beyinə ipucu verməlidir, yəni tarixi nağılla səhv salmayaq. Tarix, yəni bizim bioqrafiyamız. Tarix, yəni mən və siz; yəni bu gün burada olanlar. Deməli, biz tarixi izah ediriksə, hər birimiz baxıb görməliyik ki, əhvalatın hansı hissəsində yerləşmişik. Sonra görək bizim kimi bu hissədə yerləşmiş şəxs o zaman necə əməl etdi ki, zərbəyə məruz qaldı. Biz də ehtiyatlı olub elə əməl etməyək.

Fərz edin siz taktika dərslərində iştirak etmisiniz. Orada misal üçün, fərz olunmuş düşmən cəbhəsini müəyyən edirsiniz. Özünüzün fərzi cəbhənizi də müəyyən edirsiniz. Sonra öz cəbhənizin yanlış taktikasını görürsünüz, anlayırsınız ki, planınızın müəllifi filan səhvə yol vermişdir. Siz yeni taktika hazırlamaq istədikdə daha həmin səhvi etmirsiniz. Yaxud misal üçün, taktika düzgün olub, lakin sizin cəbhənizdə komandir, yaxud rabitəçi, yaxud topçu, yaxud qasid və ya sadə əsgər səhvə yol verib. Anlayırsınız ki, siz o səhvi təkrarlamamalısınız. Tarix belədir.

Siz erkən İslam çağının izah etdiyim səhnəsində özünüzü tapın. Bəziləri adi qrupdandırlar, qərar vermək bacarıqları yoxdur. Adi insanlar öz bəxtlərindən asılı olaraq, əgər təsadüfən İmam Əmirəlmöminin (ə) və bizim imamımız kimi rəhbərlərin iş başında olduğu, cəmiyyəti cənnətə sarı apardığı dövrdə yaşasalar, yaxşıların vasitəsi ilə cənnətə sarı aparılacaqlar. Lakin əgər bəxtləri gətirməsə və “Biz onları cəhənnəm oduna çağıran rəhbərlər etdik” və yaxud ”(Ey Rəsulum!) Məgər Allahın nemətini küfrə dəyişənləri və ümmətini ölüm yurduna sövq edənləri görmürsənmi? Onlar cəhənnəmə daxil olacaqlar. Ora necə də pis sığınacaqdır!” dövründə yaşasalar, cəhənnəmə doğru gedəcəklər. Deməli, adi insanlar qrupuna düşməmək üçün ehtiyatlı olmaq lazımdır. Adi insanlar qrupundan olmamaq üçün nə etməliyik? Adi qrupdan olmamağın mənası bu deyil ki, mütləq ali təhsil almaq lazımdır. Xeyr, qeyd etdim ki, adi qrupun mənası bu deyil. Ali təhsilli olanların çoxları da adi qrupdandırlar, dini təhsili olan şəxslərin çoxunun da bu qrupdan olması mümkündür.

Yoxsul, yaxud sərvətli olanların çoxu adi qrupundan ola bilərlər. Adi olub-olmamaq bizim öz əlimizdədir. Bu sıraya qoşulmamaq üçün ehtiyatlı olmalıyıq, yəni gördüyümüz hər bir iş bəsirət (aydın baxış) üzündən olmalıdır. Bəsirət üzündən iş görməyən şəxs adidir. Buna görə görürük ki, Quranda Peyğəmbər (s) barəsində buyurur: “Mən və mənə tabe olan (möminlər) bəsirətlə Allaha çağırırıq”. Yəni mən və ardıcıllarım bəsirətlə iş görürük, dəvət edirik və irəliləyirik. Deməli, əvvəl görün avam insanlar qrupundansınız, yoxsa yox. Əgər adi qrupdan olsanız, sürətlə özünüzü o qrupdan xaric edin, çalışın təhlil qabiliyyətiniz olsun, seçə biləsiniz və bilgi əldə edəsiniz.

ارسال دیدگاه

Your email address will not be published.

کلید مقابل را فعال کنید