ev / Dini / Bu gün Xanım Zeynəbin (s.a) mövlud günüdür

Bu gün Xanım Zeynəbin (s.a) mövlud günüdür

Bu gün İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərini dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Xanım Zeynəbin (ə) mövlud günüdür.

Elyurd-ın məlumatına görə, hicrətin 6-cı ilində, cəmadiül-əvvəlin ayının 5-də Mədinə şəhərində Peyğəmbər ailəsində, İmam Əli (ə) və Peyğəmbərin can parəsi olan Xanım Fatimeyi Zəhranın (s.ə) evində bir qız uşağı dünyaya gəlir. Peyğəmbər yeni doğulmuş körpənin adını Cəbrayıl (ə) nazil olub xəbər gətirəndən sonra Zeynəb qoyur. Zeynəb “atanın ziynəti” deməkdir.

Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə (s) bir yerdə yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.

Xanım Zeynəb çox dözümlü, güclü, səbirli olub. Kərbəla həqiqətlərinin dünyaya çatdıran da məhs Xanım Zeynəb olmuşdur.

Bu gözəl gün münasibəti ilə bütün möminləri və xüsusən də xanımları təbrik edirik.

rəylər gəlir

Xanım fatimeye zəhra(ə)-ın şəhadət rövzəsi

Xanım fatimeye zəhra(ə)-ın şəhadət rövzəsi Ayətullah Seyyid Həsən Ameli baku 2009

Leave a Reply

Your email address will not be published.