DiniQuran

Qurani Kərimin ən mühüm göstərişlərindən biri valideynlərlə gözəl rəftar edərək onlara ehsan etməkdir

0

Qurani Kərimin ən mühüm göstərişlərindən biri valideynlərlə gözəl rəftar edərək onlara ehsan etməkdir.
Qurani Kərimin ruh oxşayan və insana həyat verən ayələrinin üzərində təfəkkür eləməklə bəşərin heyran qaldığı Quran maarifinin gözəllikləri ilə daha çox tanış oluruq. Bu gözəlliklər və zərif nöqtəllər elə dərin ilahi maarifə malikdir ki, nəinki müsəlmanların hətta qeyri müsəlmanların da diqqətini özünə cəlb etmişdir.

Bu qısa yazıda bu zərif nöqtələrdən birinə işarə vuracağıq.
“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de”

(İsra/23,24)

Vəhdət Həftəsi

Previous article

Bu gün İmam Həsən Əskərinin (ə) mövlud günüdür

Next article

You may also like

Comments

Comments are closed.

More in Dini