ev / Dini / AŞURA İBRƏTLƏRİ (2)

AŞURA İBRƏTLƏRİ (2)

Düşüncə cihadı

Cihadların biri də düşüncə cihadıdır. Düşmənin bizi qafil edib düşüncəmizi yayındırması və səhvə düçar etməsi mümkündür. Xalqın fikrinin aydınlığı yolunda çalışan, yayınmanın qarşısını alan və yanlış qavramaya mane olan hər bir kəs düşmənin qarşısında dayandığından, onun fəaliyyəti cihad adlanır; özü də bu indi mühüm sayılan bir cihaddır. Deməli, bu gün bizim ölkəmiz cihad mərkəzidir. Bu baxımdan heç bir nigarançılığımız da yoxdur. Allaha həmd olsun ki, ölkənin qurucuları yaxşıdırlar. Bu gün ölkənin başında mömin, mücahid, agah və səmimi insanlar durur. Bu gün bizim prezidentimiz cənab Haşimi Rəfsəncani mücahid və mübariz bir şəxsiyyətdir, ömrünü cihadda keçirmişdir, gecə-gündüz cihad edir. Müxtəlif sahələrdə – məclisdə, Ali Məhkəmədə, silahlı qüvvələrdə və xalq arasında olan digər məmurların hamısı cihaddadırlar. Məmləkət Allah yolunda cihad məmləkətidir. Bu baxımdan, mənim ən ağır məsuliyyətim budur ki, harada cihad alovunun sönmək üzrə olduğunu görsəm, Allahın köməyi ilə buna imkan verməyim; harada səhv iş görülürsə, qarşısını alım. Mənim əsas məsuliyyətim bunlardır.

İslam İnqilabının Böyük Rəhbəri cənab Ayətullah Seyid Əli Xameneinin çıxışlarından seçmələr

rəylər gəlir

Bu gün imam Әliyyən-Nəqinin (ə) şəhadətinin ildönümüdür

Bu gün (bu il martın 9-dan 10-na keçən gecə), qəməri təqvimi ilə Rəcəb ayının 3-ü, müsəlmanların …

Leave a Reply

Your email address will not be published.