ev / Dini / Ramazan / QƏDR GECƏSİ İTRƏT VƏ VİLAYƏT GECƏSİ

QƏDR GECƏSİ İTRƏT VƏ VİLAYƏT GECƏSİ

 

QƏDR GECƏSİ İTRƏT VƏ VİLAYƏT GECƏSİ

 

“Qədr gecəsi (savab baxımından) min aydan daha xeyirlidir!” Bir gecə min otuz gündən, min aydan daha mühümdür. Nə üçün bir gecəyə bu qədər fəzilət vermişlər? Çünki Allahın bərəkəti bu ayda çoxdur. Bu ayda mələklərin nazil olması çoxdur. Bu gecə salam gecəsidir. “O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)” Bu gecənin əvvəlindən sonunadək bütün anları  ilahi salamdır. “Rəhimli Rəbdən (onlara) “salam” deyiləcəkdir”.

Allahın rəhmət və fəziləti bəndələrinə nazil olur. Qədr gecəsi vilayət gecəsidir. Həm Quranın nazil olduğu gecədir, həm mələklərin İmam Zamana (əc.) nazil olduğu gecədir, həm Quran gecəsi, həm də Əhli-beyt (ə) gecəsidir. Həm Quran gecəsi, həm itrət gecəsidir. Buna görə mübarək “Qədr” surəsi də vilayət surəsidir.

Qədr gecəsinin çox dəyəri var. Bütün ramazan ayı, gecələri və gündüzləri ülvidir. Əlbəttə, Qədr gecəsi ramazan ayının gündüzlərinə və gecələri ilə müqayisədə çox fərqlidir. Amma ramazan ayının gecələri və gündüzləri ilin digər gecə və gündüzlərinə nisbətdə çox fərqlidir.

rəylər gəlir

Fitr bayramı mübarək

Həzrət Pəyğəmbər (s): Mələklər Fitr bayramı günü Allahin bu ümmətə əta etdiyi şeylərə görə şad …