• Qeysəriyyə bazarı- İsfahan-İran

  • Mirfindiriski və Bəxtiyarilər pənahqahı-İsfahan-İran

  • Şeyx Bəhai hamamı-İsfahan-İran

  • Aliqapı qəsri-İsfahan-İran-İran

  • Şah Əsrxanasıda-İsfahan-İran

  • Xanın imarəti- İsfahan-İran

  • Həştbeheşt (Səkkiz behişt) sarayı- İsfahan-İran

ev / Tarix və mədəniyyat / Səfəvilər zamınında İranın tarixi məkanları / Səfəvilər zamınında İranın tarixi məkanları 3

Səfəvilər zamınında İranın tarixi məkanları 3

İsfahan şəhərinin tarixi abidələri

  • Qeysəriyyə bazarı İsfahanın tarixi bazarlarındandır və xalça satışı ilə məhşurlaşmışdır. Qeysəriyyəyə giriş bu bazardandır. Bu bazar Sultani adı ilə də məhşurdur və Səfəvilər zamanının ən böyük bazarlarından sayılır. Sözü gedən tarixi abidə Hicri qəməri tarixi ilə 1029 (Səfəviyyə zamanı) Şimalda tarixi İmam meydanı inşa olundu.

 

  • Mirfindiriski və Bəxtiyarilər pənahqahı Səfəvilər zamanına aiddir və İsfahanın Təxtifulad deyilən məntəqəsində yerləşir. Bu tarixi abidə Şəmsi tarixi ilə 1364-ci ilin, Tir ayının 16-sı, 1676 nömrəli sənədlə İranın milli tarixi abidəsi kimi qeydə alınmışdır.

 

  • Şeyx Bəhai hamamı Səfəvilər zamanına aiddir və İsfahanın Əbdur-Rəzzaq prospektinin Şeyx Bəhai küçəsində yerləşir. Bu tarixi abidə Şəmsi tarixi ilə 1377-ci ilin, Tir ayının 29-u, 2063 nömrəli sənədlə İranın milli tarixi abidəsi kimi qeydə alınmışdır.

 

  • Aliqapı qəsri (Azərbaycan dilində “Uca məqamlı” qapı) mənasındadır. Bu qapı Səfəvilərin hökumət  binasına giriş qapısı olmuşdur. Bu bina əvvəllər sadə formada olmuşdur və zaman keçdikcə, Şah Abbas bu binanı daha da böyüdərək gözəlləşdirmişdir. İkinci Şah Abbas zamanında ona sütunlu eyvan artırıldı. Bu bina Nəqşicahan meydanının yanında və Şeyx Lütfullah məscidi ilə üzbəüz yerləşir. Binanın hündürlüyü 48 metrdir və 6 mərtəbədən ibarətdir. Bu mərtəbələrə çıxmaq üçün pillələrdən istifadə edilir. Bu binanın gözəlliyi və xüsusi görünüşü səbəb oub ki, Səfəvilərin ən gözəl tarixi abidələrindən biri kimi tarixə keçsin. Bu nəfis sənət əsəri Səfəvi Rza Abbasinin qiymətli əsərlərindən sayılır. Həmçinin bu binanın axırıncı mərtəbəsində yerləşən əsərlərdə diqqət çəkəndir ki, musiqi otağı və yaxud səs otağı deyilir.

 

  • Şah Əsrxanasıda Səfəvilər zamanına aiddir və İsfahan şəhərinin böyük İsfahan bazarında yerləşir. Bu tarixi abidə Şəmsi tarixi ilə 1354-ci ilin, Tir ayının 25-i, 1085 nömrəli sənədlə İranın milli tarixi abidəsi kimi qeydə alınmışdır.

 

  • Xanın imarəti bir neçə otaq, bağ, anbar, tövlə və toxuculuq fabrikindən ibarət idi. Bu dediklərimizin hamısı Baqir Xan Xorasqaniyə aid idi. Bu imarətin divarlarında çəkilmiş nəfis rəsm əsərləri indinin özündə də qalmaqdadır. İmarətin tikilməsi Səfəvi hakimiyyətinin axırlarına təsadüf edir və zaman ötdükcə abidə böyüdülərək təkmilləşdirilmişdir. Bu imarətin ən əhəmiyyətli binası Şahın oturduğu bina idi ki, divar və qapıları güllər və gözəl rəsm əsərləri bəzədilmişdir.

 

  • Həştbeheşt (Səkkiz behişt) sarayı İsfahanda yerləşən tarixi saraylardan biridir. Saray Qəməri tarixi ilə 1080-cı ildə Səfəvilər zamanında tikilmişdir. Bu sarayın binası iki mərtəbədən ibarətdir və iki bağ arasında inşa olunmuşdur.