_

Səfəvilər zamınında İranın tarixi məkanları 4

Ərdəbil şəhərinin tarixi abidələri   Sədrud-din İmamzadəsi Səfəvilər zamanında tikilmişdir və Ərdəbil şəhəri, Ərdəbil Meşkin magistral yolunda yerləşir. Bu tarixi abidə Şəmsi tarixi ilə 1381-ci ilin, Dey ayının 10-u, 6688 nömrəli sənədlə İranın milli tarixi abidəsi kimi qeydə alınmışdır.   İbrahimabad körpüsü Səfəvilər zamanında tikilmişdir və Ərdəbil şəhərinin Üçdukan və İbrahimabad məhəllələrində yerləşir. Bu tarixi […]

Ərdəbil şəhərinin tarixi abidələri

 

  • Sədrud-din İmamzadəsi Səfəvilər zamanında tikilmişdir və Ərdəbil şəhəri, Ərdəbil Meşkin magistral yolunda yerləşir. Bu tarixi abidə Şəmsi tarixi ilə 1381-ci ilin, Dey ayının 10-u, 6688 nömrəli sənədlə İranın milli tarixi abidəsi kimi qeydə alınmışdır.

 

  • İbrahimabad körpüsü Səfəvilər zamanında tikilmişdir və Ərdəbil şəhərinin Üçdukan və İbrahimabad məhəllələrində yerləşir. Bu tarixi abidə Şəmsi tarixi ilə 1381-ci ilin, Mehr ayının 7-si, 6235 nömrəli sənədlə İranın milli tarixi abidəsi kimi qeydə alınmışdır.

 

  • Pəncçeşmə (beşbulaq) körpüsü (Yəqubiyyə körpüsü) Səfəvilər zamanında tikilmişdir və Ərdəbil şəhərinin Baliqulu çayının üzərində inşa edilmişdir. Bu tarixi abidə Şəmsi tarixi ilə 1348-ci ilin, Mordad ayının 28-i, 876 nömrəli sənədlə İranın milli tarixi abidəsi kimi qeydə alınmışdır.

 

  • Həftçeşmə (Yeddibulaq) körpüsü (Daşkəsən körpüsü) Səfəvilər zamanında tikilmişdir və Ərdəbil şəhərində Baliqulu çayının üzərində inşa edilmişdir. Bu tarixi abidə Şəmsi tarixi ilə 1348-ci ilin, Mordad ayının 28-i, 875 nömrəli sənədlə İranın milli tarixi abidəsi kimi qeydə alınmışdır.

 

 

  • Ərdəbil bazarları silsiləsi Səfəvilər və Qacar zamanında inşa edilib və Ərdəbil şəhərinin bazarında yerləşir. Bu tarixi abidə Şəmsi tarixi ilə 1364-ci ilin, Mordad ayının 27-si, 1690 nömrəli sənədlə İranın milli tarixi abidəsi kimi qeydə alınmışdır.

 

  • Şeyx Səfiyud-din Ərdəbilinin qəbri Ərdəbil şəhərinin tarixi məkanlarından biridir. Bu tarixi abidə İranın şimalında yerləşir və dünya səviyyəsində Yunesqonun tarixinə düşən abidələrdəndir. Burada Şeyx Səfiyud-dinƏrdəbilinin qəbrindən başqa, birinci Şah İsmayılın (Səfəvilərin ilk padşahı) və onun həyat yoldaşının (Şah Təhmasübün anasının) və həmçinin başqa böyük və dəyərli şəxsiyyətlərin, Çaldıran döyüşündə şəhid olanların qəbirləri vardır. Həmçinin məscid, sufilərin ibadət etdiyi yerlər və.s bu qəbristanlıqda yerləşir.

 

  • Şeyx Cəbrayılın məqbərəsi (Şeyx Cəbrayıl Səfəvi padşahlarının babası olub və qəbri Kəlxuran kəndində dəfn olunmuşdur). Səfəvi hakimiyyətinin kökü bu kənddəndir. Kəlxuran kəndinin Ərdəbil şəhərinin yaxınlığında yerləşməyinə baxmayaraq hələ də tarixi bir şəhər kimi İranda tanınmayıb və demək olar ki, turistlər bu şəhərdən xəbərsizdilər.
کلیدواژه : AzərbaycanİranTarix